İsmayıllıda evləri su basdı

8 Sentyabr 2016 09:10 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunda yağan yağışlar səbəbindən yaşayış evlərinə və həyətyanı sahələrə suyun dolması barədə məlumat daxil olub. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və suçəkmə işlərinin aparılması təmin edilib.