"Porto" “Villyarreal”ı meydana çıxdığına peşman etdi
29 Aprel 2011 11:50 (UTC+04:00)
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, hər iki yarımfinal matçı elə eyni gündə baş tutub. Yarımfinala yüksələn 3 Portuqaliya komandasından ikisi üz-üzə gəlib. "Benfika" doğma meydanda "Braqa"nı qəbul edib. İlk hissədə hər iki tərəf ehiyatla oynayıb. Birinci hissədə hesab açılmayıb. İkinci hissədə isə meydan sahibləri oyuna fəal başlayıblar. Artıq 50-ci dəqiqədə Jardel hesabı açıb. Bu qoldan 3 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər. "Benfika" hesab bərabərləşdikdən sonra rəqib qapısının qarşısında bir neçə təhlükəli vəziyyət yaradır. Nəhayət, 59-cu dəqiqədə meydan sahibləri "Braqa"nın qapısından daha bir top keçiriblər. Beləliklə, 10 dəqiqə ərzində qapılara 3 qol vurulub. Matç 2:1 hesabıyla "Benfika"nın qələbəsi ilə başa çatıb.
Digər yarımfinal cütündə isə 3 Portuqaliya klubu arasındakı yeganə digər ölkə təmsilçisi - İspaniyanın "Villyarreal" klubu "Porto" ilə qarşılaşıb. Tərəflərin Portuqaliyada baş tutan ilk görüşü kifayət qədər gözlənilməz alınıb. İspaniya təmsilçisi hesabı açan tərəf olsa da, fasilədən sonra oyunda dönüş yaradan portuqaliyalılar onları buna peşman edib. Falkaonun pokeri sayəsində "Porto" rəqib qapısından 5 top keçirib. Artıq, Avroliqanın finalında iki Portuqaliya klubunun qarşılaşacağını demək olar.
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
28 aprel
Benfika - Braqa 2:1
Qollar: Jardel, 50, Kardozo, 59 - Vandinyo, 53.
Porto - Vilyarreal 5:1
Qollar: Falkao, 50-pen; 68; 76; 90, Quarin, 61 - Kani, 45.