Hərbi hissələrdə əsgərlər arasında müsabiqə keçirilib

7 Sentyabr 2016 12:03 (UTC+04:00)

Yaxın günlərdə ölkənin hərbi hissələrində əsgərlər arasında özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqədə mədəniyyət və incəsənət sahəsində istedadlı olan əsgərlər iştirak edib.

Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evinin "Turan" rəqs kollektivi rəqs nömrələrinin qurulmasında əsgərlərimizə yaxından kömək edib. Kollektivin qızlardan ibarət heyəti müsabiqəyə rəqqas əsgərlə birgə qatılıb. Kollektivin əsgərlərlə birgə uğurlu çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb.

Sonda kollektiv hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib.