AFFA sərgi mərkəzində təbliğat aksiyası keçirir
28 Aprel 2011 17:22 (UTC+04:00)
Bu gündən etibarən \"Baku Ekspo\" sərgi mərkəzində \"Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi\" başlayıb. Siasport.az saytı xəbər verir ki, sərgidə AFFA-nın əməkdaşları da iştirak edərək 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı ilə bağlı təbliğat işləri aparır, mötəbər yarışa həsr olunmuş xüsusi məlumat broşürləri və digər promo məhsullar paylayırlar.