Dünya Uşaq Oyunlarında cüdoçularımızın rəqibləri bəlli olub
28 Aprel 2011 13:32 (UTC+04:00)
Bu gün Türkiyədə keçirilən cüdo üzrə Dünya Uşaq Oyunlarında 8 ölkədən gələn 143 cüdoçusu mübarizəyə qatılacaq. Bu barədə siasport.az saytına judoonline.info saytından məlumat daxil olub. Məlumata görə, iki gün davam edəcək Dünya Uşaq Oyunlarında Fərhad Məmmədovun başçılığı altında məşqçilər Nazim Umbayev və Vüqar Budaqovun rəhbərliyilə ümümlikdə 12 ( 7 oğlan və 5 qız) cüdoçumuz - Sənan Quliyev -38 kq, Sahil İsmayılov -42 kq, Rəşad Əliyev -50 kq, Hidayət Heydərov -55 kq, Əziz Axundzadə -60 kq, Şirxan Məmmədov -66 kq , Leyla Əliyeva -36 kq, Sevda Vəliyeva -40 kq, Validə Mirzəzadə - 48, Fəridə Həsənxanova -52 kq və Nəzakət Xəlili -57 kq mübarizə aparacaq.
Xatırladaq ki, Dünya Uşaq Oyunlarında ölkəmizi hakim qismində Məhəmmədəli Quluzadə təmsil edəcək.
Cüdoçularmızın ilk rəqibləri:
Oğlanlar.
-38 kq Quliyev Sənan (Azərbaycan)- İvanov Denislav (Bolqarıstan) - Albu Alin (Rumuniya) qalibi ilə görüşücək.
-42 kq İsmayılov Sahil (Azərbaycan ) – Hakobyan Qor ( Ermənistan).
-46 kq Əliyev Rəşad (Azərbaycan) - Stoiça Adrian (Rumuniya).
-50 kq Dəmirzadə Emin (Azərbaycan) – Damyanov Petar (Bolqarıstan).
-55 kq Heydərov Hidayət (Azərbaycan)- Nuraliev Botyur ( Rusiya).
+60 kq Məmmədov Şirxan (Azərbaycan) –Yıldırım Ahmet ( Türkiyə).
Qızlar:
-36 kq Əliyeva Leyla (Azərbaycan) –Qaqiyev Alina (Rusiya) –Bazarov Oğulnabad ( Türkmənistan) qalibi ilə görüşücək.
-40 kq Vəliyeva Sevda (Azərbaycan ) –Cakmaklı Melisa (Türkiyə).
-48 kq Mirzəzadə Validə ( Azərbaycan) –Solomatina Polina ( Rusiya) –Nepesova Leyla (Türkmənistan) qalibi ilə görüşəcək.
-52 kq Həsənxanova Fəridə ( Azərbaycan) –Karaboğa Emine ( Türkiyə).
-57 kq Xəlili Nəzakət (Azərbaycan) – Hristoskova Yoana ( Bolqarıstan).
Dünya Oyunlarının təqvim planı:
28 Aprel 2011
Oğlanlar: -38, -42, -46 kq
Qızlar: -36, -40, -44 ,-48 kq
Başlama vaxtı 12:00.
Yarımfinal və Final mərhələsi saat 18:00.
29 Aprel 2011
Oğlanlar: -50, -55, -60 , +60 kq
Qızlar: -52, -57, +57 kq
Başlama vaxtı 12:00.
Yarımfinal və Final mərhələsi saat 18:00.