Türkiyə sərhədi İŞİD-dən təmizləndi!

4 Sentyabr 2016 21:46 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Azez-Cerablus xəttinə nəzarəti ələ keçirib. Axar.az xəbər verir ki, sözügedən ərazi İŞİD-çilərdən tamamilə təmizlənib. Məlumata görə, müxaliflər bu bölgədə yerləşən sonuncu Qadha kəndini terrorçulardan almağı bacarıb.

Qeyd edək ki, bununla da Türkiyənin İŞİD terror qruplaşması sərhədi tamamilə aradan qalxıb.