Yığma komandamız qələbə qazanıb

26 Aprel 2011 16:35 (UTC+04:00)
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş futbol üzrə "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, iranlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qələbə qazanıblar. Yığmamızın heyətində Qurbanəli Əliyev və Orxan Əliyev fərqlənib.