Çempionlar Liqasında alman - ingilis dueli

26 Aprel 2011 17:01 (UTC+04:00)

Bu gecə UEFA Çemionlar Liqasının yarımfinalının ilk qarşılaşması keçiriləcək. Siasport.az saytı xəbər verir ki. bu nüfuzlu turnirin yarımfinalında Almaniyanın \"Şalke04\" futbol klubu ilə İngiltərənin \"Mançester Yunayted\" futbol klubu üz-üzə gələcək. Bir çoxları bu cütün fovariti kimi ingilis nəhəngini göstərsələr də, bu sadəcə ilk baxışda belə görünür. Çünki İtaliyanın \"İnter\" klubu kimi komandanı \"çıxdaş\" edən almanların, ingilislər qarşısında tez-tələsik baş əyəcəyi ağlabatan deyil. Onlar \"qırmızı şeytanlar\"ın axırına çıxa bilməsələr də, rahatca onlara finalı \"hədiyyə\" də etməyəcəklər.