“Qızıl buts”a 10 namizəd
26 Aprel 2011 12:22 (UTC+04:00)
Avropa ölkələrinin milli çempionatlarında ən çox qol vuran futbolçu üçün təsis olunan "Qızıl buts" mükafatına namizədlərin siyahısı açıqlanıb. Siasport.az saytı apasport.az-a istinadən xəbər evrir ki, qitədə mövsümün başa çatmasına təxminən 1 ay qalmış mükafata əsas 2 iddiaçı planetin ən güclüləri Lionel Messi və Kriştianu Ronaldodur.
Hesabında 62 xal olan Messiyə yalnız portuqaliyalı çata bilər. Çünki 3-cü pillədə qərarlaşan futbolçular mövsümün son matçlarında 5 qol fərqini aradan qaldırmalıdır.
Qeyd edək ki, Avropanın ən yaxşı bombardiri müəyyənləşərkən "Böyük beşlik" çempionatlarındakı hər qol 2 əmsalına vurulur. Orta çempionatların əmsalı 1,5, Azərbaycan Premyer Liqası kimi zəif turnirlərin əmsalı isə 1-ə bərabərdir.
1. Lionel Messi ("Barselona") – 62 (31x2)
2. Kriştiano Ronaldo ("Real") – 58 (29x2)
3. Antonio di Natale ("Udineze") – 52 (26x2)
3. Edison Kavani ("Napoli") – 52 (26x2)
5. Mario Qomes ("Bavariya") – 46 (23x2)
6. Dimitar Berbatov ("Mançester Yunayted") – 42 (21x2)
6. Mussa Sou ("Lill") – 42 (21x2)
8. Papis Sisse ("Frayburq") – 40 (20x2)
8. Samuel Eto’O ("İnter") - 40 (20x2)
10. Kenni Miller ("Bursaspor") – 39 (26x1,5)