Gənc yazarlarımız

3 Sentyabr 2016 09:28 (UTC+04:00)

Mir Cavid Masallı (Haşimi). 16 may 1990-cı il tarixində Masallı rayonunda dünyaya göz açıb, 14-15 yaşlarından şeir, qəzəl yazmağa başlayıb. 2007-ci ildən qələmə aldığı şeirlərini, qəzəllərini meyxana fonrında ifa etməyə başlayıb. Geniş oxucu və dinləyici kütləsi toplaya bilib.

Fərqlənirəm

Fərqlənirəm, bəlkə də fərq, anlayışım fərqlidir.

Adi deyil, dövran ilən davranışım fərqlidir.

Hamı kimi beş diləsəm bir deyil əsla payım.

Bir diləsəm beş gələr, əlbət naxışım fərqlidir.

Pisliyi görmürsə gözüm, mütləq avamlıq deyil.

Yaxşını yalnız görürəm mən, baxışım fərqlidir.

Ruhum isinmir qoca dünyada, fəqət titrəyir.

Hiss edirəm fərqi, yayım fərqli qışım fərqlidir.

Saxta deyil, əyri deyil hiylə deyil, doğrudur.

Mən nə çətinliklərə düşsəm çıxışım fərqlidir.

Eyni rədifdir deyə hər beytə düşüb "fərq" sözü.

Amma ki hər beytə vurulmuş naxışım fərqlidir.

Cavidəm öz dərdimi ölsəmdə gətirməm dilə.

Çarə gəzənlər kimi, dərd axtarışım fərqlidir.

Nigaran qalmasın

Aşiqəm məndən təki narazı canan qalmasın

Razıyam versin o qədri dərd çəkim, can qalmasın.

Bir bəla qalmıbki başım çəkməsin, arzum budur

Mən qalan halə, bu dəhr içrə bir insan qalmasın.

Mən bu qədri həsrəti şirin sanırdım, zəhr imiş

İstərəm həsrətdə heç bir qız bir oğlan qalmasın.

Bir könüldə Ya Xuda eşqi qərar tutsun, ya da..

Bir zənanın eşqi, əldən getsin iman qalmasın.

Arzularnan ömrümüz düşman kəsilmiş ta əzəl

Hansını dəvət edim ki sülhə, düşman qalmasın.

Dərdüvə dərman mənəm, ya gəl, ya bütün dünyanı gəz

Ya başun çəksin ya sən baş çək ki hicran qalmasın.

Bir yolun var qədrimi ya bil ya da bil qədrimi

Hər iki hal eynidir könlün pərişan qalmasın.

Cavidəm mən arzumun bağbanıyam bir gün gələr

Dost olar ömrüm mənimlən "yar" nigaran qalmasın.

Allah tərəfdəndir

Odur qu'ran edib nazil, nida Allah tərəfdəndir

Nübuvvətçün gələn yoxdan səda, Allah tərəfdəndir.

Yarandıq bir söz ilən biz, ol on səkkiz min aləmtək.

Vücudə cəm olan hər bir əza, Allah tərəfdəndir.

Mərizi eşqsən, loğman gəzib axtarma bihudə.

Yox ondan qeyri bir loğman, şəfa Allah tərəfdəndir.

Alar ovladını səndən, fəqət bir imtahan eylər.

Fəğan etmə, görülmüşsə rəva, Allah tərəfdəndir.

Günahkar şəxsin Allahdan səva heç bir kəsi olmaz.

Günahkarşun belə hətta, vəfa Allah tərəfdəndir.

Olarsa sikkənin .övqi, nə qalib, məğlubiyyətdir.

Zəfər o, kəslədir kimki fəda, Allah tərəfdəndir.

Qurulsun məhkəmə, şahid sənə hakim özü olsun.

O, gündən qorx, qaçılmazdır, cəza Allah tərəfdəndir.

Bəla üz versə Mir Cavid, həmən bil azmısan rahi.

Xəbərdarlıq cəhətdəndir bəla Allah tərəfdəndir.

Sakitcə

Qəm, qüssə, kədər! dəvət edib hamını sakitcə.

Yad eyləyirəm yarımın əyyamını sakitcə.

Rüxsarını etməklə təcəssüm, döyünür qəlbim.

Şair necə ki, muzd alar ilhamını sakitcə.

Aləmlərə səs salsa da, dillərdə gəzən eşqi.

Eşqindən alar, aşiq olan kamını sakitcə.

Bir gün keçirə bilsə idim barı, "Günahsız" mən.

Qeyd etmiş olardım necə, bayramını sakitcə?!

Ol gün ki sənin, şöhlə saçar nurun el aləmdə.

Var gözləyənin ol günün axşamını sakitcə.

Ya Rəbb nə gözəldir bizə bəxş eylədiyin sevgi.

Hər Ləhzə ucaldır sevənin namını sakitcə.

Bu dəhrdə çox bərkə boşa düşsə də, Mir Cavid.

Öz yarına sarı, sürər əhkamını sakitcə.

İntizarındayam

Ümüdüm var onu təkrar görərəm gözləyirəm..

İntizarındayam ey nazlı pərim gözlərinin..

Qədərin sorma bu eşqin çox olar üstün olar.

Nə qədər gözlərim arxanca gəzər sürgün olar.

Məni axtarma yox eybi, ölərəm bir gün olar.

Axıdar yaşın o, gün bəd xəbərim gözlərinin.

Gözlərindən gözümə baxdı xəyanət səbəbi.

Saxta saxta süzülüb axdı xəyanət səbəbi.

Sənə mən etmədim heç vaxtı xəyanət, səbəbi.

İçinə baxmaqa çatmaz hünərim gözlərinin.

Uşaq ikən ürəyim sevgini almazdı vecə.

Böyüdüm eşqə tutuldum unudum indi necə.

Yuxuda gözlərini qəmli görübdür bu gecə.

Ucbatından çoxalıbdır kədərim gözlərinin.

Sənə, dünyayə, talağ fərz elə verdim getdi.

İki eşq ilə vuran qəlbim əcəb sakitdi.

Demə Cavid qısa şeyrin oxudum tez bitdi.

Qıymadım vaxtını alsın əsərim gözlərinin.