Güllə atıcılığı üzrə Dünya kuboku yarışları başa çatıb

26 Aprel 2011 12:05 (UTC+04:00)
Koreya Respublikasının Kanqvon şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya kuboku yarışları başa çatıb. Siasport.az saytı xəbər verir ki, turnirdə 10 metr məsafədəki hədəflərə pnevmatik silahdan atəşaçma yarışlarında Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova 377 xal toplayaraq 74 idmançı arasında 39-cu, 25 metr məsafəyə kiçikçaplı tapançadan atəş açmaq üzrə 572 xalla 40-cı, Ruslan Lunyov isə 10 metr məsafəyə atəş açmaqda 579 xal yığaraq 20-ci yeri tutub.