Ağır Atletika üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub

26 Aprel 2011 11:10 (UTC+04:00)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Masazır qəsəbəsində yerləşən Masazır Ağır Atletika Mərkəzində Ağır Atletika üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə Sumqayıt, Qobustan, İsmayıllı rayon komandalarını, həmçinin 8 saylı UGİM, "Gənclik
" TİC, "Neftçi" İSM, "Spartak KBTİC", "Zirvə" İK, "Azal" İK-nı təmsil edən 100-ə yaxın yeniyetmə və gənc 6 çəki dərəcəsində mübarizə aparıblar.
Yarışda yeniyetmələr arasında 42 kq-da I yerə Tacəddin Qocayev, 46 kq-da I yerə Ağa İslamov, 62 kq-da I yerə Həsən Həsənzadə, 69 kq-da I yerə Eynur Xəlilov, 77 kq-da Ceyhun Dadaşzadə, gənclər arasında 62 kq-da Elvin Hümbətov, 69 kq-da I yerə Orxan Zeynalov, 77 kq-da
I yerə Məhəmməd Hüseynov, 94 kq-da I yerə Məhəmməd Mürsəlov, 105 kq-da I yerə Mahmud Əhmədov layiq görülüb.
Yarışda I, II, III yerlərə layiq görülən idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif ediliblər.