Polşa çeçen miqrantlara “qırmızı işıq” yandırdı

1 Sentyabr 2016 00:06 (UTC+04:00)

Polşa hakimiyyəti Çeçenistandan gələn miqrantları ölkə ərazisinə buraxmaq niyyətində deyil. Axar.az CNN-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Polşanın Xarici İşlər naziri Mariuş Blaşak verib. Nazirin sözlərinə görə, Polşa miqrant böhranının yaratdığı təzyiqlərə sinə gərəcək: "Çeçenistanda heç bir müharibə getmir. Bizə sığınacaq üçün müraciət edən miqrantları ölkəyə buraxmayacağıq".