Oleq Bloxin Ukrayna yığmasının baş məşqçisi seçildi!

22 Aprel 2011 00:54 (UTC+04:00)

Dünən Ukrayna Futbol Federasiyası (UFF) İcraiyyə Komitəsinin növbəti iclasında Oleq Bloxin ölkənin milli yığmasının baş məşqçisi seçilib. Siasport.az saytı xəbər verir ki, UFF İcraiyyə Komitəsinin iclasda iştirak etmiş 27 üzvündən 19-u Oleq Bloxinin lehinə səs verib. Ukrayna futbolunun parlaq siması olan O.Bloxin isə Ukrayna jurnalistlərinə verdiyi müsahibədə bildirib ki, o var qüvvəsi ilə çalışacaq ki, futbol üzrə milli komandanın uğurlu çıxışı üçün bilik və bacarığını sərf etsin.