Milan Baroş zəhərlənib

21 Aprel 2011 13:58 (UTC+04:00)

İstanbulun "Qalatasaray" futbol klubunun çexiyalı futbol ulduzu Milan Baroş zəhərlənib. Siasport.az saytı xəbər verir ki, dünən səhər saatlarında məşqdən əvvəl nahara oturan çexiyalı futbol ulduzu, ərzaq menyusundakı problem üzündən zəhərlənib. Klubun tibbi personalı dərhal futbolçunun müayinəsini həyata keçirib və aparılan müayinədən sonra məlum olub ki, M.Baroşun səhhəti üçün elə bir təhlükə yoxdur. Klubun tibbi personalı futbolçunun hələ bir neçə gün həkim nəzarətində olmasına qərar verib.