Yığma komandamız yoldaşlıq oyununda rəqibi darmadağın etdi

21 Aprel 2011 11:40 (UTC+04:00)
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, "Femina" (Budapeşt) klubunun 1995-1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 7:0 hesabı ilə qələbə qazanıb.