Rəşaddan sonra ən dəyərli oyunçumuz Rail Məlikovdur. \"Neftçi\"nin kapitanına 750 min avro qiymət qoyulub. \"Xəzər Lənkəran\"ın kapitanı və millinin əsas qapıçısı Kamran Ağayevin 600 min avro qiyməti var. Bir neçə gün əvvəl \"Qəbələ\" ilə müqavilə bağlayan Mahir Şükürovun qiyməti isə 500 avrodur.
Yığmamızın ən ucuz futbolçusu Murad Hüseynovdur. Foqtsun tapıntısına cəmi 75 min avro qiymət qoyulub. \"Transfermarkt\" Amit Quluzadə, Elnur Abdullayev və Arif İsayevin transfer qiymətini açıqlamayıb.
\"Transfermarkt\" A Milli ilə yanaşı, U-21-in də bəzi oyunçularını qiymətləndirib. Sayt gənclər yığmasında 8 futbolçuya qiymət qoyub ki, onlardan da ən bahalısı \"Abşeron\"un oyunçusu Fərrux Rəhimovdur - 125 min arvo. \"Neftçi\"nin üzvü Eşqin Quliyevin 100 min avro qiyməti var.