Zeynal Məmmədov Soliç və Cavadova xəbərdarlıq etdi

19 Aprel 2011 14:27 (UTC+04:00)

"Bugünə kimi nə Vaqif Cavadov, nə də Aleksandr Şoliç özünü göstərə bilib. Bundan sonrası öz əllərindədir. Titul qazansalar (ölkə kuboku nəzərdə tutulur), nəsə fikirləşə bilərik. Vaqif oynasa? qalacaq, oynamasa, gedəcək". Siasport.az saytı "Futbol+" qəzetinə istinadən xəbər verir ki, bu sözləri "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

Cavadovun müqaviləylə məxsus olduğu Hollandiya "Tvente"sinin bu yay onu geri çağırıb başqa komandaya icarəyə vermək niyyətinə düşməsi barədə son zamanlar dolaşan söhbətlərə münasibət bildirərkən Məmmədov deyib: "Heç bir problem yoxdur. Deyəcəklər, qaytar, qaytaracağıq. Vaqifə görə hansısa problem yaratmayacağıq".