Murat Boz 5000 insan üçün oxudu FOTOLAR

26 Avqust 2016 15:45 (UTC+04:00)

Müğənni Murat Boz ilk dəfə Harbiyedə açıq havada konsert verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı 5000 nəfər qarşısında çıxış edib. İki saat boyunca sevənləri üçün hitlərini səsləndirən Muratın konsert üçün hazırladığı kostyumlar da diqqət çəkib.

Müğənnini dinləyənlər arasında sevgilisi Aslı Enver də olub.