"Beşiktaş" Quaresmanı "Seviliya"ya 15 milyon avroya satır?
18 Aprel 2011 14:31 (UTC+04:00)
İspaniyanın "Sevilya" futbol klubu İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı ulduz futbolçusu Rikardo Quaresmanı transfer etməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, bu barədə artıq İspaniya mətbuatı da xəbərlər dərc edir. İspaniyanın məşhur idman dərgisi olan "Abola" bu barədə yazı dərc edərək yazır ki, son illərdə o qədər də yaxşı günlər keçirməyən və ən əsası adına yaraşmayan şəkildə futbol nümayiş etdirən klubun hazırkı vəziyyəti, rəhbərliyi yeni planları işə salmağa vadar edib. "Seviliya" rəhbərliyi bunun üçün heyətə yeni bacarıqlı futbolçular cəlb etməyi planlaşdırır. Sırada ilk transfer hədəfi isə R.Quarsemadır.
Klub rəhbərliyi, İstanbul klubunda əvvəlki formasını bərpa edən Portuqaliya milli komandasının forvardını heyətinə qatmaq üçün "Beşiktaş" rəhbərliyinə rəsmi transfer təklifi göndərib. İstanbul klubu isə R.Quaresmanın transferi üçün İspaniya təmsilçisindən nə az, nə çox- düz 15 milyon avro tələb edir. Hazırda ispan klubu, transfer qiymətinin aşağı salınması məqsədi ilə və yenidən danışıqlar aparmaq üçün yeni təkliflə İstanbul klubunun qapısını döyməyə hazırlaşır.