FHN batan şəxsləri xilas etdi

25 Avqust 2016 17:25 (UTC+04:00)

Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.