“Rabitə” “Lokomotiv”lə, “İqtisadçı” isə “Azərreyl”lə üz-üzə

18 Aprel 2011 12:58 (UTC+04:00)

Bu gün qadınlardan ibarət komandalar arasında voleybol üzrə Azərbaycan Super Liqasında final mərhələsinin I turuna start veriləcək. Siasport.az saytı xəbər verir ki, ilk oyunda "Rabitə" və "Lokomotiv" komandaları qarşılaşcaqlar.

Turun ikinci matçında isə "İqtisadçı" "Azərreyl"lə münasibətlərə aydınlıq gətirəcək.

Nəzəriniə çatdıraq ki, final mərhələsinin ilk 3 turu Mingəçevirdə təşkil olunacaq. Sonrakı qarşılaşmalar isə Masallı və Bakıda keçiriləcək.

18 aprel

16.00. "Rabitə" – "Lokomotiv"

18.30. "İqtisadçı" – "Azərreyl"