Hər kəs öz işi ilə məşğul olsun

15 Aprel 2011 21:32 (UTC+04:00)

Hər kəs öz işi ilə məşğul olsa, bütün işlər də öz yolunda gedər. Qafqazda heç bir çempionatın səviyyəsi bizimkindən üstün deyil, lakin bizdə hər işdə uyğunsuzluq var. Nə fanat öz fanatlıq borcunu bilir, nə stadiondakı polislər öz vəzifələrini bilir, nə bəzi idman spikerleri öz peşələrini, nə dəki nədə ki...

Stadiondakı polis məsələsini tez-tez müzakirə etmişik. Lazımınca da açıb danışıb yazmışıq.

Fanatlar dedikdə, oyuna gəlib baxan tamaşaçılardan söhbət gedir.

Gəl otur oyuna bax,hesab qane eləməsin axırda çıx denən ki,\"Neftçi\" ilə niyə belə oynamadınız. Axı sənin buna haqqın çatır?

\"alt\"

Ancaq biz bunu ağıl edə bilmədik,axı biz niyə \"İnter\"lə \"Neftçi\" 1:1 oynayanda çıxıb demədik ki, Kaxaber müəllim niyə fevralın 27 \"Xəzər\"ə qarşı bu oyunu oynamadınız ki, 1-3 hesabı ilə də məğlub oldunuz.

Bu hansı məntiqə uyğundur? Bunu hansısa \"Neftçi\" fanatı edər? Təbbii ki, YOX ...

Televiziya qarşısında milli çempionata baxanların sayı çoxdur.Oyunu şərh edən spikerin hansısa kuluba fanatlıq etdiyini söyləmək çətin olar, çünki oyunlarda açıq-aşkar \"Neftçi\"yə qarşı \"antisimpatiya\" bəslədiklərini görmək olur. Qalır yerdə 11 kulub...

Onsuzda Tv-də oyuna baxanlar hamsı,Tv-nin səsini sona qədər alırki,heç olmasa fikirləri başqa yere yayınmasın. Futbol zamanı cüdo və ya şahmat haqqında eşitməsinlər. Futbolun davamına xəbərlərdən sonra baxa bilərsiz kimi alt yazılar da,Tv-dən futbolu izləyənlərin sayını azaldan amillərdəndir.

Gəlin hər kəs öz işi ilə maraqlansın. Yoxsa balıq da bizə baxıb sudan çıxmaq istəyər.

Müəllif: \"Neftçi\" azarkeşi

ultraneftci.com