"Gecə sevmişəm..." ŞEİR

23 Avqust 2016 16:17 (UTC+04:00)

Mən səni sevmişəm,

Gecə yarısı...

Gecələr sevməyin,

Başqadır dadı....

Sevmişəm ruhumla.

Ruhuna de ki,

Ruh ilə sevməyin,

Başqadır adı...

Mən səni gündüz yox,

Gece sevmişəm.

Bilirsən nə üçün,

Gecə sevmişəm?

Günəşə baxanda,

Göz qamaşdırır...

Ulduza baxanda,

Tez alışdırır...

Hisslərim coşanda

Səni sevmişəm.

Həsrətim boğanda

Səni sevmişəm.

Mən səni gündüz yox,

Gecə sevmişəm....