"Şuşa" klubunun keçmiş baş məşqçisi Metin Demirkıran yenidən Azərbaycan klublarından birini çalışdıracaq. Siasport.az saytının əldə etdiyi məlumata görə, baş məşqçinin hələ ki, "Şuşa" klubu ilə müqaviləsi bitmədiyinə görə, başqa klubla işləmək mümkün deyil. Əldə etdiyimiz məlumata görə, mütəxəsisis növbəti mövsümdən Premyer Liqa klublarından birində çalışacaq. Klubun adını öyrənməyə çalışan məlumatlı mənbə M.Demirkıranın Premyer Liqa klublarından birində ya baş məşqçi, ya da idman direktoru kimi çalşacağını bildirir.
Qeyd edək ki, mütəxəssis hazırda Türkiyədədir və son aylar "Şuşa"
klubundan bir qəpik də məvacib ala bilmədiyini iddia edir.