“Abituriyent”in növbəti nömrələri çap olunub

22 Avqust 2016 10:31 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Abituriyent" jurnalının 9-cu və 10-cu nömrələrini nəşr edib. Komissiyadan SİA-ya verilən məlumata görə, jurnalın 9-cu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın 10-cu nömrəsində isə 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.azsaytından sifariş etmək olar.

Jurnalların elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.