“Aravot”: “Milyonluq avtomobillər və 1 milyon səfil erməni” REALLIQ

22 Avqust 2016 09:33 (UTC+04:00)

"Hər həftənin hər dördüncü günü Ermənistan hökumətinin binası qarşısında ən bahalı avtomobillər saxlanılır və bu, daha çox bahalı avtomobillər avtodayanacağını xatırladır: iclas günləri burada biri-digərindən baha olan xidməti avtomobillər park edilir". SİA xəbər verir ki, bu barədə "Aravot" yazır.

Qəzet qeyd edir ki, bu təmtəraq bilavasitə hökumət binası qarşısında etiraz edən vətəndaşların gözü qarşısında nümayiş olunur: "Halbuki, etiraz edən vətəndaşların bir hissəsi pensiyalarını, digərləri uzun illər dövlət üçün çalışmalarına baxmayaraq haqq etdikləri mənzillərini, bir hissəsi isə sülh şəraitində həlak olan övladlarının haqlarını tələb edirlər".

Rövşən Nurəddinoğlu