Şanlıurfada partlayış: 1 polis öldü, 3-ü yaralandı

22 Avqust 2016 06:32 (UTC+04:00)

Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, digər 3-ü yaralanıb. Anadolu Agentliyinin verdiyi xəbərə görə, hadisə zirehli polis avtomobilinin keçdiyi yola basdırılmış bombanın partlaması nəticəsində baş verib. Hazırda terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.