Dünyada ikinci, Avropada birinci uzunömürlü insan kimi tanınan 116 yaşlı Emma Morano maraqlı fikirləri ilə xatırlanır. Birləşmiş Krallığın theguardian.com saytı xəbər verir ki, İtaliyada yaşayan Emma Morano 1899-cu ildə anadan olub və uzun illərdir tənha yaşayır. Emmagil ailədə səkkiz uşaq olublar və onun bacı-qardaşları təqribən 100-102 il ömür sürüblər.
Həkimlər bu uzunömürlüyün genetik olduğunu söyləyirlər. İyirmi yaşında anemiyadan əziyyət çəkəndə həkim ona gündə üç qaynadılmış yumurta yeməyi məsləhət görübmüş. O vaxtdan indiyədək Emma Marona hər gün üç yumurta yeyir və uzun ömür yaşamasını da məhz bununla əlaqələndirir.