Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizin şərqində itkin düşən Gürcüstan əsgərlərinin axtarışına cəlb olunub. Rəsmi məlumata görə, Gürcüstanın iki əsgəri avqustun 16-da hərbi təlimlər zamanı itkin düşüb. Türkiyə tərəfi Gürcüstanın rəsmi müraciəti əsasında axtarışlara başlayıb.