XXXI Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında idmançımız Xetaq Qazyumov (97 kq) həlledici qarşılaşmaya çıxıb. SİA-nın məlumatına görə, güləşçimiz finalda ABŞ idmançısı Kayl Frederik Snayder ilə üz-üzə gəlib. X.Qazyumov rəqibinə məğlub olaraq Olimpiya Oyunlarının gümüş medalını qazanıb.









