Taekvondoçumuz Olimpiya çempionu oldu FOTOLAR

21 Avqust 2016 09:18 (UTC+04:00)

Azərbaycan yığması "Rio-2016" Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, bu uğura taekvondoçumuz Radik İsayev imza atıb. 80+ kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Abdulrazzak İssufu Alfaqanı (Niger) 6-2 heabı ilə məğlub edib. Bununla da, Azərbaycan Olimpiya Oyunlarında ilk dəfə taekvondoda qızıl medal qazanıb.