Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. SİA-nın məlumatına görə, yarışda 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov 1/4 finala yüksəlib.
Güləşçimiz bu mərhələdə Polşa idmançısı Zbiqnev Mateus Baranovskiyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda Rusiya güləşçisi, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevlə görüşəcək.