Azərbaycan Premyer Liqası Avropada 29-cu oldu

12 Aprel 2011 18:03 (UTC+04:00)
Avropanın ən güclü milli çempionatlarının siyahısı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, Peşəkar futbol Liqasının yaydığı məlumatda bildirilir ki, qitənin 53 turnirinin reytinq cədvəlində Azərbaycan Premyer Liqası da yer alıb. 22 reytinq xalına malik Azərbaycan çempionatı siyahıda 29-cu pillədə qərarlaşıb. Bu isə ötən mövsümün sonu, yəni mayın axırı ilə müqayisədə inkişafdan xəbər verir.

Xatırladaq ki, ötən ilin yekunlarına əsasən Azərbaycan Premyer Liqası Avropada 36-cı idi. 11 ay ərzində Azərbaycan Premyer Liqası Norveç, Gürcüstan, Moldova, Sloveniya, Slovakiya birinciliklərini geridə qoyub.