"Zirə"dən qələbə, "İnter" heç-heçə etdi

20 Avqust 2016 02:10 (UTC+04:00)

Dünən futbol üzrə Topaz Premyer Liqada III turun oyunlarına start verilib. Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib. Turun açılış matçında "Zirə" AZAL-ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda isə "Kəpəz" "İnter"in qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Tura avqustun 21-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. "Qəbələ" - "Sumqayıt" görüşü isə birincilərin Avroliqa oyununa görə təxirə salınıb.




19 avqust

Topaz Premyer Liqa, III tur

21:00. "İnter" – "Kəpəz" - 2:2
Qollar: Adrian Skarlatake, 25 (1:0), Tural Axundov, 29-pen (1:1), Julien Ebah, 72 (1:2), Ruslan Abəşov, 89 (2:2)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
"İnter Arena"

19:00. "Zirə" – AZAL - 3:1
Qollar: Gerhard Proqni, 37 (1:0), Elvin Məmmədov, 45 (2:0), David Canelidze, 67 (2:1), Gerhard Proqni, 86 (3:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

21 avqust (bazar)

20:00."Qarabağ" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
"Əlincə Arena"