Dövlət Departamenti daxili işlərimizə müdaxilə edir ANALİTİKA

17 Avqust 2016 15:02 (UTC+04:00)

Son zamanlar ABŞ Dövət Departamentinin Azərbaycana qarşı apardığı çirkin məqsədli kampaniyalar yenidən adıçəkilən qurum haqqında müəyyən çıxarışların edilməsini zəruriləşdirməkdədir. Belə ki, ilk öncə ağıla gələn arqumetli sual budur: Əgər ABŞ özünü dünyanın demokratiya beşiyi kimi təqdim edirsə, hansı səbəbdən və hansı ixtiyarla digər dövlətlərin, xüsusilə Azərbaycanın demokratik və konstision quruluşuna, dövlətimizin qanunvericilik müddəalarına aşkar müdaxilələr edir? Yaxud, ABŞ-ın özündə çoxsaylı insan hüquqlarının pozulduğu, dini, irqi və s. diskriminasiyaların baş alıb getdiyi halda bu ölkənin dövlət qurumu hesab edilən departament rəhbərliyi niyə daxili məsələlərini kənara qoyub başqa dövlətin daxili məsələlərinə qarışır? Yəqin ki, dəyərli oxucularımız söhbətin nədən getdiyinin fərqinə varıblar. Söhbət Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsi ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin təmsil olunduğu qurum tərəfindən növbəti "narahatlıq" ifadəsindən gedir. Bəyanat şəkli alan "narahatlıq" ifadələrində bildirilir ki, guya bu qurum var olduğu müddətcə yalnız Azərbaycanda baş verən prosesləri izləyir və onları "qane" etməyən hadisələr baş verdikdə dərhal öncədən hazırlanmış bəyanatı ictimailəşdirir. Bəli, məhz öncədən hazırlanmış bəyanatları! Həmin bəyanatları ki, seçki və s. siyasi-ictimai proseslər dövrü də yayımlayır. Dəyişdirilənlər isə yalnız tarix və ismlərdir...

Natiq Cəfərlinin həbsində heç bir siyasi motiv yoxdur

Beləliklə, ABŞ Dövlət Departamentinin nəyə görə bu qədər "təlaş" keçirdiyini daha dərindən təhlil etməmişdən öncə sözügedən məsələnin əsas mahiyyətini xatırladaq. Sirr deyil ki, artıq bir neçə müddətdir Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Maliyyə və Ədliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırmalar aparılmaqdadır. Azərbaycanın Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyatları davam etdirilir və əlbəttə ki, rəsmi dövlət orqanlarının apardığı müvafiq işlərlə bağlı heç bir xarici dövlətə hesabat verməsinə öhdəçiliyi də yoxdur. Və bir daha xatırlatmaq yerinə düşrədi ki, bugünlərdə Baş Prokurorluğun mətbuat xidmətindən ölkə mətbuatına verilən məlumata əsasən, cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb. Məlum olub ki, Natiq Cəfərovun 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni vergiləri ödəməkdən yayınaraq gəlir əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94.565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin "Bank Respublika" ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb götürərək təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də həmin şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 71.334 manat məbləğində xeyli miqdarda gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilib. əticədə o istintaqa cəlb olunub.

O, iş üzrə verdiyi ifadələrində göstərilənləri təsdiq edərək qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkiliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib. Beləliklə, Natiq Cəfərovun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Belə olan vəziyyətdə ilk görünən faktor budur – Natiq Cəfərlinin həbsi sırf iqtisadi cinayətlə bağlıdır və burada heç bir siyasi motivdən ümumiyyətlə, söhbət gedə bilməz!

Bəlkə ABŞ-da seçkilər dövrü yüzlərlə korrupsiya faktları, iqtisadi cinayətlər baş verirsə, onlar dərhal seçkilərini, referendumlarını təxirə salırlar?!

Amma gəlin görək ABŞ Dövlət Departamenti bu məsələdəki "nigarançılığını", "narahatlığını", yaxud da "təlaşını" hansı üsulla təqdim edir. SİTAT: "Biz Azərbaycan hökumətini bu və təməl hüquqlarından istifadə etdiklərinə görə məhbus edilmiş başqa fəalların azad edilməsinə, vətəndaşların təməl azadlıqlarına hörmət göstərilməsinə, xüsusilə də konstitusiyaya düzəlişlər üçün keçirilən 26 sentyabr referendumunun ərəfəsində ölkənin hərəkət istiqamətinə dair açıq və ictimai dialoqa imkan yaradılmasına çağırırıq".

Maraqlıdır, başqa bir suveren ölkənin daxilində baş tutacaq ictimai-siyasi prosesin ABŞ Dövlət Departamentinə nə aidiyyatı ola bilər?! Referendum keçiriləcəksə, müxtəlif cinayətlər törətmiş və müvafiq cəzalar almış şəxslərin buna nə dəxli var?! Məgər kimsə cinayət edəndə və həbs olunanda onun ölkəsində seçkilər, referendumlar keçirilmir?! Bəlkə ABŞ-da belədir?! Bəlkə ABŞ-da seçkilər dövrü yüzlərlə korrupsiya faktları, iqtisadi cinayətlər baş verirsə, onlar dərhal seçkilərini, referendumlarını təxirə salırlar?! Və əgər ABŞ-da bu cürdürsə, onun Azərbaycana hansı aidiyyatı ola bilər?! Bu kimi sualların sayı yüzlərlədir. Amma təəssüf ki, ABŞ Dövlət Departamenti bu sualları uzun illərdir ki, cavabsız qoyurlar. Çünki ortada onların özlərinin ifşası məsələləri mövcuddur.

Bu da azmış kimi, ABŞ Dövlət Departameti müstəqil və suveren Azərbaycan dövlətini konsiotutiyada ediləcək dəyişikliklərlə bağlı tə.əbbüslərini Venesiya Komissiyasına və Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim edilməsinə də çağırır. Buna isə sadəcə bir ad vermək olar – HƏYASIZLIQ!

İttiham edən ABŞ dövlətinin daxili qurumudur

ABŞ Dövlət Departamenti yaxşı olardı ki, suveren və müstəqil dövlətin daxili işlərinə qarışmaqdansa, qurumun adına bir daha diqqət yetirsin. Bizcə orada belə yazılıb – ABŞ Dövlət (!) Departamenti...Demək, Azərbaycana qarşı qərəzli mövqe bildirən qurum ABŞ adlı bir dövlətin departamentidir və ölkədə cərəyan edən polis zorakılıqları, insan haqlarının pozulması, dini, irqi ayrıseçkilik, ksenofobiya, həbsxanalarda baş verən zorakılıqlara, siyasi təqiblərə münasibət bildirməlidir, Azərbaycanda baş verən proseslərə yox! Əgər buna son qoyulmasa, ABŞ Dövlət Departamentinin özü beynəlxalq aləmdə çətin vəziyyətə düşərək, başqa ölkələrin ittihamllarına məruz qala bilər.

"Amnesty International" adlı təlşkilat da departamentin "narahatlıqdan" doğan "tələbnaməsindən" vəcdə gəlsə də, DƏRHAL(!) susub, yerini tanımalıdır!

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti daha öncə Tale Bağırzadənin və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Nardaran işi" ilə bağlı da bənzər hesabat hazırlamışdı. Görünür, bu Amerika siyasətində bir xəstəliyə çevrilmiş haldır, amma müalicəsinə də ehtiyac var. Hətta zəruridir. Ona görə ki, belə xəstəliklər get-gedə daha ağır fəsadlara gətirib-çıxara bilər.

Belə olan vəziyyətdə ABŞ Dövlət Departamentinin əlaltı qurumları da fəallaşmağa başlayırlar. Məsələn, öz hesabatlarında dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyan, bilavasitə erməni maraqlarına xidmət göstərdiyini sərgiləyən "Amnesty International" adlı təlşkilat da departamentin "narahatlıqdan" doğan "tələbnaməsindən" vəcdə gəlib "Hakimiyyət ReAL-çıları dərhal azad etməlidir" tipli bəyanatla çıxış edib. Yəqin bu quruma hələ də çatmayıb ki, oların byanatlarının müstəqil Azərbayca dövlətinə heç bir təsiri ola biləmz və əslində DƏRHAL (!) susub yerlərini tanımalıdırlar. Hər halda baş verənlər ilk öncə Azərbaycan dövlətini narahat edir. Narahat edir ona görə ki, başqa dövlətin bilavasitə dövlət qurumu ölkəmizin daxili işlərinə qarışır, necə deyərlər, "yol göstərənliklə" məşğul olur. Bu faktor isə heç bir sivil, demokratik quruluşa malik olduğunu iddia edən dövlətə yaraşmayan NARAHATEDİCİ (!) bir haldır...

Rövşən NURƏDDİNOĞLU