"Fənərbaxça" "Çelsi"nin futbolçusunu transfer etmək istəyir

8 Aprel 2011 19:16 (UTC+04:00)

İstanbulun "Fənərbaxça" futbol klubu bir yandan bu il çempionluq uğrunda amansız mübarizəyə qoşularkən, bir yandan da gələn mövsümün transfer hazırlıqlarını da diqqətdə saxlayır. Siasport.az saytı xəbər verir ki, artıq İstanbul nəhəngi üzünü İngiltərəyə çevirib. Artıq menecerlərini "Çelsi"nin futbolçusu Obi Joh Mikeli transfer etmək üçün Londona göndərən İstanbul klubunun bu məsələdə "zadəganlar"la anlaşacağı real görünür. Çünki bu futbolçunu transfer etmək üçün müvafiq təklifi məhz "Çelsi" klubunun transfer komitəsi faksla İstanbul klubuna göndərmişdi. Artıq komandanın baş məşqçisi Aykut Kocamann da bu transferə önəm verdiyi deyilir. O da bir müddət əvvəl futbolçunun transferi ilə bağlı danışıqlar aparmaq üçün Londona gedərək ingilis klubunun nümayəndələri ilə görüşüb. Onsuz da Karlos Ancelotti tərəfindən "gözüm çıxdıya" salınan futbolçunun İstanbul klubu ilə yanaşı, Almaniyanın "Hamburq" klubundan da sərfəli təklif aldığı deyilir.