Dünya Oyunlarında Azərbaycan millisinin aktivindəki medalların sayı 8-ə çatdı

8 Aprel 2011 15:52 (UTC+04:00)
Türkiyənin Antalya şəhərində keçirilən Dünya Oyunlarında cüdo üzrə çəkisi 100 kq-dan artıq olan idmançımız İlham Zəkiyev yalnız finalda məğlub olmaqla gümüş medal qazanıb. Siasport.az saytı xəbər verir ki, bundan öncə isə cüdo üzrə yarışlarda idmançımız Tofiq Məmmədov qızıl medala layiq görülüb.

Yarışın ilk 2 günündə 3 medal qazanan yığmazımızın üzvləri daha 4 dəfə fəxri kürsüdə yer alıblar.

Cüdoçumuz Afaq Sultanova bütün rəqiblərini məğlub edərək, yarışın qalibi adını qazanıb. Atletika növündə isə uzunluğa tullanma yarışlarında Oleq Panyutin 7,07 m tullanmaqla I yeri tutub. Bu növdə gümüş medal da həmyerlimizə - Vladimir Zayetsə (6,75 m) qismət olub.

400 metr məsafəyə qaçışda Rza Osmanov finiş xəttinə 50,28 saniyəyə çatmaqla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bununla da Azərbaycan millisinin aktivindəki medalların sayı 8-ə çatıb.
Yarışın ilk 2 günündə də Vladimir Zayets və Oleq Panyutin fərqlənib. Onlar 3 təkanla tullanmada 1-ci və 2-ci yerlərə sahib olublar. Yığmamızın bürünc medalı isə cüdoçu Ramin İbrahimovun aktivindədi.