Mahir Şükürov "Neftçi"də məşqlərə başlayacaq

6 Aprel 2011 14:16 (UTC+04:00)
Futbol üzrə yığma komandamızın şərəfini qoruyan Mahir Şükürov "Neftçi"nin düşərgəsində məşq edəcək. Siasport.az saytı xəbər verir ki, yığmamızın futbolçusunun formasını qoruması üçün "Neftçi" PFK-nın rəhbərliyi və baş məşqçisi Mahir Şükürova hal-hazırda flaqmanın məşqlərində iştirak etmək imkanı yaradıb.

Qeyd edək ki, Mahir Şükürov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə səfərdəki oyundan əvvəl "Neftçi" komandanın hazırlıqlarına qoşulmuşdu.