Aprel savaşında İrəvanda aviabiletlər neçəyə satılıb? ŞOK

12 Avqust 2016 17:07 (UTC+04:00)

Ermənistanın "Aykakan-Jamanak" qəzeti yazır ki, Ermənistan respublikasının nəzarət palatası aprel savaşı dönəmində - 3-9 aprel tarixində İrəvan-Münhen təyyarə resyinin ekonom-klass biletinə 640 min dram, yaxud 1330 ABŞ dollar ödəyiblər. SİA-nın məlumatına görə, qəzet yazır ki, əgər həmin reys üzrə indi bilet alınarsa, onn qiyməti 415-450 dollar, yaxud 200-220 dramı təşkil edəcək.

Qeyd edək ki, erməni mətbuatı bie müddət öncə də bu mövzuya toxnaraq qeyd edib ki, Ermənistanın dövlətə yaxın bir çox oliqarxları aprel savaşında baş verən məğlubiyyət zamanı tələm-tələsik ölkə hüdudlarını tərk etməyə çalışıblar. İrəvan aviakassaları isə bu fürsətdən yararlanmaq istəyiblər və biletlərin qiymətlərini qaldırıblar.

Rövşən Nurəddinoğlu