Otüstü hokkey üzrə X Azərbaycan çempionatının startı verilib

6 Aprel 2011 09:56 (UTC+04:00)
Otüstü hokkey üzrə X Azərbaycan çempionatının startı verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günü yüksək dəstədə yarışan kişi otüstü hokkey komandaları qarşılaşıb. Birinci görüşdə ötən ilki çempion "Akkord" komandası tərkibi ölkəmizin 18 yaşlı oğlanlardan ibarət Sumqayıtı təmsil edən "Gənclik" klubunu sınağa çəkib. Kifayət qədər təcrübəyə malik şirkət təmsilçiləri yeniyetmələrə hokkey dərsi keçiblər. Hər hissədə 3 qol vuran "Akkord" yekunda 6:1 hesabıyla qələbə qazanıb. Ötən mövsümün gümüş mükafatçısı "Şahdağ" (Qusar) bürünc medalların sahibi "Atasport" klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Təqvim üzrə qadınların yarışnda isə cəmi 1 oyun keçirilib. "Sumqayıt" –"Xəzər"(Lənkəran) matçında sumqayıtlı qızlar 3 xala 2 cavabsız qolla sahib olublar.


TURUN STATİSTİKASI:


Yüksək dəstə

"Akkord"- "Gənclik" (U-18) - 6:1

Qollar: Samir Bəkirov 9 dəq. (1:0), Rüfət Şükürov 18 dəq.(2:0), Aqşin Əliyev 20, 44 dəq. (3:0,4:0), Elnur Nəbiyev 45 dəq.(5:0), Ruslan Kargin 52 dəq. (5:1), Rauf Şükürov 58 dəq.(6:1).


"Atasport"(Bakı) – "Şahdağ" (Qusar) 1:3

Qollar: Yalçın Qayıbov 19,36 və 56-cı dəq. ("Şahdağ"), Abbas Nəsirov 24 dəq. ("Atasport")


Qadınlar


"Xəzər" (Lənkəran) – "Sumqayıt" - 0:2

Qollar: Fəranə Namazova 47 dəq.(1:0), Lalə Namazova 59 dəq.(2:0).


Xatırladırıq ki, kişilərin X Azərbaycan çempionatındakı mübarizəsində yüksək və I dəstənin hər birində 4 komanda dairəvi sistemlə 2 dövrədə 4 dəfə qarşılaşacaq. Cari mövsümdən II dəstədə çıxış edən 5 kişi (oyunlar Masallı şəhər stadionunda keçiriləcək) və qadınlardan ibarət 7 komanda yaz və payız sistemi ilə təşkil olunan yarışda dairəvi sistemlə 2 dəfə görüşəcək.

Ölkə çempionatında növbəti oyunlar aprelin 9-da və 10-da keçiriləcək.