Millinin təlim-məşq toplanışının vaxtı dəyişdirilib
5 Aprel 2011 17:20 (UTC+04:00)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışının vaxtı dəyişdirilib. Siasport.az saytı xəbər verir ki, toplanış, əvvəlcədən xəbər verildiyi kimi, aprelin 12-dən 19-a qədər deyil, aprelin 14-dən 21-dək olan müddəti əhatə edəcək.