İspaniyanın \"Real Madrid\" futbol klubunu 0:1 hesabı ilə məğlub edərək, bununla da kral klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyonun çalışdırdığı bütün komandalarda 9 ildir ki, öz meydanında məğlub olmamaq rekordunu qıran \"Sportinq\" futbol klubu təkcə bununla diqqət mərkəzində olmayıb. Siasport.az saytı xəbər verir ki, \"Sportinq\" futbol klubunun baş məşqçisi Preciado, sən demə \"Real Madrid\"lə keçirilən qarşılaşmadan əvvəl portuqaliyalı mütəxəssisi təhdid edən açıqlamalarla da çıxış edibmiş. İspaniya mətbuatınının yazdığına görə, Preciado J.Maurinyonun özndən razılıq hisslərinə nifrət etdiyini açıq şəkildə komanda üzvləri qarşısında açıqlayaraq deyibmiş ki, \"Ondan xoşum gəlmir. Özündən razı adamdır. Mən ona sayğılı olmağı öyrədəcəyəm\". Xatırladaq ki, J.Maurinyo ev qarşılaşmalarındakı son məğlubiyyətini Portuqaliyanın \"Porto\" klubunun sükanı arxasında olarkən 2002-ci ildə \"Beira Mara\" klubuna qarşı 2:3 hesablı məğlubiyyəti zamanı yaşayıb.