Paytaxt Dəməşqdən 360 km aralıda yerləşən və Suriyanın ikinci ən böyük şəhəri olan Hələb Suriyanın hökumət qüvvələri tərəfindən mühasirəyə alındıqdan sonra mühasirədən çıxa bilməyən "İslam Dövləti"nə (keçmiş "İŞİD") məxsus terrorçular sadə vətəndaşları öldürməkdə davam edir. SİA xəbər verir ki, bu barədə "Əl-Məyadin" ərəb nəşri yazır. Qeyd olunur ki, irikalibirli silahlardan açılan atəşlər və kustar üsulla hazırlanmış raket zərbələri nəticəsində Hələbin dinc sakinlərindən 162 nəfəri həlak olub, 662 nəfəri isə yaralanıb.
Rövşən Nurəddinoğlu