|
Belə getsə İstanbulun "Fənərbaxça" futbol klubu çempionluğu əldən vermiş olacaq. Siasport.az saytı xəbər verir ki, dünən Türkiyə Superliqası çərçivəsində "Şükrü Saracoğlu" stadionunda onu turnir cədvəlində addım-addım izləyən "Bursaspor" klubunu qəbul edən İstanbul təmsilçisi rəqib qapısına qol vurmayınca, çempionluq işini çətinə salıb. "Trabzonspor"un "Konyaspor"u 1:0 hesabı ilə məğlub etməsi, "Fənərbaxça"nın turnir cədvəlinin 2-ci sırasına enməsi ilə müşahidə olunub. İndi "Trabzonspor", İstanbul təmsilçisini düz 2 xal qabaqlayır. İstanbulun başqa bir klubu "Beşiktaş" isə səfərdə "Sivasspor"a 0:1 hesabı ilə məğlub olaraq turnir cədvəlində 7-ci yerə enib. İstanbul nəhəngi "Qalatasaray" isə bu gün axşam yeni mütəxəssisin başçılığı altında səfərdə "Antalyaspor"la qarşılaşacaq. Türkiyə Superliqasında keçirilən bütün qarşılaşmaları diqqətinizə çatdırırıq: \"Kayserispor\" - \"Kasımpaşa\" - 1:3 |
\"Sivasspor\" - \"Beşiktaş\" - 1:0
Qol: Cihan Yılmaz, 90+3
\"Ankaragücü\" - \"Eskişehirspor\" - 2:2
Qollar: Fatih Təkkə, 41. Sərdar Özkan, 74 - Burhan əsər, 35. Batuhan Karadəniz, 71
\"Trabzonspor\" - \"Konyaspor\" - 1:0
Qol: Umut Bulut, 43
\"Karabükspor\" - \"Qaziantepspor\" - 3:2
Qollar: Yasin Avcı, 41. Emil Angelov, 63. İlhan Parlak, 90 - İvan de Souza, 7. Olcan Aydın, 81