Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub

4 Aprel 2011 09:43 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Əvvəlcə ikinci \"altılıq\" çərçivəsində \"Simurq\" və \"Turan\" meydana çıxıb. Georgi Beriaşvilinin 8-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub və \"Turan\" üç xal qazanıb. Bununla da demək olar ki, \"Simurq\"un I diviziona yuvarlanması rəsmiləşib.

Ardınca birinci \"altılıq\" çərçivəsində iki oyun keçirilib və 5-ci pillədə qərarlaşan AZAL \"İnter\"i qəbul edib. Bu oyundakı məğlubiyyət AZAL-ın avrokubok şansını demək olar ki, itirməsi ilə nəticələnəcəkdi. Lakin Nazim Süleymanovun yetirmələri \"İnter\"i məğlub etməklə şanslarını növbəti mərhələyə saxlayıb. Matçın yegəna qoluna 45-ci dəqiqədə Nuqzar Kvirtiya imza atıb.

Turun əsas qarşılaşması isə \"Neftçi\" və \"Qarabağ\" arasında keçirilib. Çempionluq baxımından əhəmiyyətli olan qarşılaşmada hesabı 3-cü dəqiqədə Rodriginyo açıb. \"Neftçi\"nin qış transferi gözəl qolla ağdamlıları meydanın mərkəzinə dəvət edib. Növbəti qol da braziliyalı futbolçudan gəlib. Belə ki, 60-cı dəqiqədə cərimə meydançasının kənarında topu ələ keçirən Flavinyo iki rəqibini keçərək, qapıya dəqiq zərbə vurub. Bununla da \"Neftçi\" 5 il sonra öz meydanında \"Qarabağ\" üzərində qələbə qazanıb. Həmçinin Ağdam klubunun 9 oyunluq qələbə seriyası qırılıb.

Bu oyun iki futbolçunun meydana dönüşü ilə nəticələnib. Belə ki, uzun müddətdi yaşıl meydanlardan kənarda qalan Maksim Medvedevlə Emil Mpenza bu oyunda meydana çıxıb. \"Qarabağ\"ın oyunçusu start heyətində, \"Neftçi\"nin futbolçusu isə matçın gedişində oyuna daxil olub.

Premyer Liqa

Final Mərhələsi

XXV tur

3 aprel

Simurq - Turan 0:1

Simurq: 22. Adnan Hodziç, 17. Rüstəm Məmmədov (k), 4. Emin Quliyev (14. Anar Həsənli, 60), 6. Mikayıl Rəhimov, 8. Qərib İbrahimov, 25. Tofiq Mikayılov, 29. İlkin Qırtımov, 9. Əli Bağırov, 16. Samir Musayev, 10. Vasif Əliyev (23. Camal Məmmədov, 81), 19. Ramin Nəsibov (20. Qafar Qafarov, 46).

Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 3. Rasim Ramaldanov, 15. Elvin Musazadə, 2. Səbuhi Həsənov.

Baş məşqçi: Qyoko Hacievski.

Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 21. Rəşad Orucov, 25. Martin Kerçev, 14. Viktor Qonta, 19. Rəşid Həsənov (16. Oleq Qvelesiani, 58), 26. Boris Kondev (22. Məhərrəm Müsümzadə, 83), 20. Georgi Beriaşvili (45. Fərmayıl Əliyev, 76), 28. Yasin Abbasov.

Ehtiyat oyunçular: 12. Şamil Saidov, 11. Azər Məmmədov, 10. Xəyal Qarayev, 7. Akif Tağıyev.

Baş məşqçi: Naci Şensoy.

Qol: Georgi Beriaşvili, 8.

Sarı vərəqələr: Tofiq Mikayılov, 66 - Rəşid Həsənov, 41. Georgi Beriaşvili, 73.

Hakimlər: Vüsal Əliyev, Mübariz Həşimov, Elşən Acalov, Hacıəli Ağayev.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

3 aprel. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 250 tamaşaçı.

AZAL - İnter 1:0

AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (6. Ritus Krjauklis, 46), 14. Elvin Əliyev, 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 8. Eleandro Pema (7. Tərlan Xəlilov, 84), 21. Mirko Bunyevçeviç, 20. Gennadi Bliznyuk (11. Zohair Benouahi, 46), 15. Qvidas Yuşka.

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 16. Mensur Limani, 24. Enyo Krastovçev, 17. Vüsal Qarayev.

Baş məşqçi: Nazim Süleymanov.

İnter: 72. Dmitri Kramarenko, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (32. Robertas Poşkus, 61), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki (21. Arif Daşdəmirov, 26), 19. David Odikadze (11. Asif Məmmədov, 85), 20. Girts Karlsons, 44. Valeri Abramidze, 88. Kaxaber Mjavanadze.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 9. Rövşən Əmiraslanov, 12. Filip Despotovski, 23. Şəhriyar Rəhimov.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Qol: Nuqzar Kvirtiya, 45

Sarı vərəqələr: Elvin Əliyev, 75 - Kaxaber Mjavanadze, 68.

Hakimlər: Fariz Yusifov, Aleksandr Musatkin, Zeynal Zeynalov, Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Əmir Zamanov.

3 aprel. \"Şəfa\" stadionu. 800 tamaşaçı.

Neftçi - Qarabağ 2:0

Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georiyevski (25. Cavid İmamverdiyev, 88), 7. Rodriginyo, 9. Flavinyo, 14. Bahodir Nasimov (10. Emil Mpenza, 68), 15. Ruslan Abışov, 16. Alessandro Viano da Silva, 27. Rəşad Abdullayev (17. Araz Abdullayev, 78).

Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov.

Baş məşqçi: Arif Əsədov.

Qarabağ: 99. Bojan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (17. Vüqar Nadirov, 59), 13. Samir Abasov (20. Nderim Nedzipi, 46), 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (9. Elvin Məmmədov, 82), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 2. Qara Qarayev, 72. Devran Ayhan.

Baş məşqçi: Qurban Qurbanov.

Sarı vərəqə: Bahodir Nasimov, 27 - Maksim Medvedev, 23. Rəşad Sadıqov, 48. Əfran İsmayılov, 75.

Qollar: Rodriginyo, 3. Flavio Aleks Valensio, 60.

Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Elnur Muradov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Xaqani Məmmədov.

3 aprel. Tofiq Bəhramov adına Respublika stadionu. 5000 tamaşaçı.