NASA dörd ildən sonra Marsa yeni, üzərində xüsusi mikrofon quraşdırılmış marsoxod göndərməyi planlaşdırır. "Vista News" saytı xəbər verir ki, alimlərin sözlərinə görə "Mars-2020" marsoxoduna quraşdırılmış mikrofonlar vasitəsilə Qırmızı planetdəki səsləri eşitmək mümkün olacaq.
Missiyanın bütün mərhələləri barədə tədqiqatçılara daha ətraflı məlumat almağa kömək məqsədilə yeni marsoxoda əvvəlkilərə nisbətən daha çox kamera quraşdırılacaq. Bundan əlavə cihaz xüsusi lazer sistemi ilə təchiz olunacaq. Bu sistem aparılacaq təhlillər üçün planetdən kimyəvi maddələrin toplanmasına kömək edəcək.