"İran xarici siyasət prinsiplərinə əsasən qonşuları ilə münasibətlərinin inkişafına önəm verir. Bu kimi 3 tərəfli format, İran Azərbaycan və Rusiya arasında olan əlaqə fikir mübadiləsinin inkişafına və birlikdə müştərək ortaq mənafelərin yaranması üçün imkan yaradır. İran bu ideyanı dəyərləndirir". SİA-nın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani Bakıda keçirilən üçtərəfli görüş zamanı deyib.
O bildirib ki, belə bir formatın yaranması regionun hazırki durumunda 3 ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcədə əhəmiyyətə malikdir: " Bu ölkələr ortaq geopolitik mövqeyə malikdir. Ölkələrimiz eyni fürsət və təhdidlərlə qarşılaşır. Bu təhdidlər müştərək anlaşmanı daha da vacib edir. İran hesab edir ki, dünyanın indiki vəziyyətində bir ölkə müxtəlif təhdilərlə qarşı tək mübarizədə bacarmaz. Hər ölkənin rifahı üçün əməkdaşlığın olması vacibdir. İranın xarici siyasəti başqa ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurmaqdır. Bu sahədə danışıqların faydalı olduğunu hesab edirik. Azərbaycanla İran arasında yaxşı qonşuluq münasibətləri mövcuddur və əlaqələrin inkişafı üçün təşəbbüslər göstərilir. Ticari və iqtisadi əlaqələrin inkişafı üçün, gömrük, elektrik və dəmiryolların birləşdirilməsi sahəsində anlaşmalar, Xudafərin su mənbəsindən müştərək istifadə kimi faktlara işarə etmək mümkündür. Rusiya ilə münasibətərimiz son 2 ildə inkişaf edib".