Qara üzüm gözəllik iksiri, gerçək beyin qidası və zəifləmək üçün riayət edilən rejimlərin ana məhsuludur.
- Qara üzüm eyni ilə aspirin kimi qanı sulandırdığından tac ürək xəstəliklərinə qarşı insanları qoruyur.
- Qara üzümün qabığında olan və fitoaleksin qrupu mürəkkəblərdən olan resveratrol bədəndə xərçəng meydana gəlməsin mane olur.
- Bəzi qaraciyər narahatlıqları və qanazlığı müalicəsində də təsirlidir
- Qara üzüm ehtiva etdiyi meyvə turşuları və lifli quruluşundan ötəri mədəyə zərər vermədən böyrək və bağırsaq sisteminin nizamlı işini təmin edir və qanın təmizlənməsinə kömək edir
- Qara üzüm bədəndəki yağlayarın əriməsinə yardım edir
- Qara üzüm bədəni viruslara qarşı daha müqavimətli hala gətirir.
- Qara üzümün qabıq və nüvələri maddələr mübadiləsini sürətləndirir.
- Qara üzüm dərinin təzə və təmiz bir görünüş almasına kömək edir.
- Günortadan sonra yeyilən bir salxım qara üzüm və bir stəkan təzə sıxılmış üzüm suyu bədəni və beyin hüceyrələrini gümrahlaşdırır.
- Bir kiloqram üzüm 1150 qram süd, 390 qram ət, 300 qram çörək və 1200 qram kartofa ekvivalentdir.
- Qara üzüm amin turşuları, B vitaminləri (B1, B2), minerallar, kalium, maqnezium və dəmir ehtiva etdiyindən immunitet sistemini qüvvətləndirir.
- Tərkibindəki turşular mədəyə zərər vermədən böyrəklərin və qaraciyərin işini sürətləndirir.
- Qara üzüm ehtiva etdiyi bioflavonoidlər səbəbi ilə C vitaminin fəaliyyətini çoxaldır.
- Qara üzüm allergiya və əhənglənmələrdə iltihab meydana gəlməsinə mane olur.