FHN batan şəxsi xilas etdi

5 Avqust 2016 16:51 (UTC+04:00)

Kür çayında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.